20 Sentyabr 23:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailin Beyrutda Hizbullahın yüksək səviyyəli komandirini vurmaq planı barədə əvvəlcədən məlumatlandırılmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Qeyd edək ki, İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Ölənlər arasında "Hizbullah" hərəkatının xüsusi əməliyyat komandanlığının rəhbəri İbrahim Aqil də olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər