08:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən sualtı qayığı “USS Vermont” Cənubi Koreyanın Busan şəhərinin limanına daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, sualtı qayıq ləvazimatları artırmaq və ekipajının istirahəti üçün limana daxil olub. Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Amerika hərbçiləri ilə “dostluq mübadiləsi” planlaşdırdığını bildirib. Bu, “USS Vermont” gəmisinin Cənubi Koreya limanına ilk səfəridir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər