23 Sentyabr 11:29
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) Livandakı müttəfiqi “Hizbullah” terror təşkilatı tərəfindən istifadə edilən minlərlə peycer və rabitə vasitəsinin ötən həftə ölümcül hücumlarda partladılmasından sonra bütün üzvlərinə istənilən növ rabitə cihazlarından istifadəni dayandırmağı əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” yazır.

Təhlükəsizlik rəsmilərindən biri agentliyə deyib ki, SEPAH tərəfindən təkcə rabitə avadanlıqlarını yox, bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat aparılır. Onun sözlərinə görə, bu cihazların əksəriyyəti ya İranda hazırlanıb, ya da Çin və Rusiyadan gətirilib.

“Tehran İsrail agentlərinin, o cümlədən İsrailin işə cəlb etdiyi iranlıların daxilə sızmasından narahatdır. Artıq SEPAH-ın orta və yüksək rütbəli üzvlərini hədəf ala biləcək personalın hərtərəfli təhqiqatına başlanılıb”, - mənbə nəşrə bildirib.

Rəsmi qeyd edib ki, bura onların həm İran, həm də xaricdəki bank hesablarının, habelə özləri və ailələrinin səyahət tarixçələrinin yoxlanılması da daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər