Kursk vilayətində bir aydan çox mühasirədə qalan Rusiya hərbçiləri xilas edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor Apti Alaudinov məlumat verib.
“Bir aydan çoxdur mühasirəyə alınmış oğlanları çıxardıq. Özüm gedib onları yoxladım”, - general bildirib.
Alaudinov əlavə edib ki, döyüşçülərin əksəriyyəti Moskva və ölkənin digər bölgələrindəki xəstəxanalara göndərilib.