ABŞ Ukrayna qalib gələnə qədər dəstəyi davam etdirəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Rusiya NATO-nu zəiflətmək istəyirdi: “Amma indi NATO əvvəlkindən daha güclüdür”.
Bayden, həmçinin söyləyib ki, Yaxın Şərqdə atəşkəsin vaxtı çatıb: “Diplomatik həll yolu hələ də mümkündür. Uzunmüddətli həll üçün yeganə yol sülhdür”.
ABŞ Prezidenti onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.