Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı qəbul etdikləri qanunlara və onların siyasətlərinə qarşı hər hansı tənqidi çıxışı, həmçinin siyasi proqramların canlı yayımını qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi məlumat yayıb.
“Taliban hökuməti Kabildə bir neçə media orqanının rəhbərliyi ilə görüş zamanı onlara siyasi proqramların canlı yayımını qadağan edən yeni qaydalar, habelə Taliban qanunları və siyasətlərinin tənqidi barədə məlumat verib” - yayılan məlumatda deyilir.