27 Sentyabr 02:37
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən Baş naziri İrakli Kobaxidze Baydenin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Ağ Ev administrasiyası onun dəvətini ləğv edib.

Yüksək səviyyəli administrasiya rəsmisi və Konqresdəki başqa bir mənbə yerli mətbuata dəvətin ləğv edildiyini təsdiqləyib.

Administrasiya həmçinin Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan isə Baş nazir Kobaxidze ilə görüşdən imtina edib. Baş nazirin ofisi mətbuatın sorğusuna cavab olaraq dəvətin ləğvini təsdiqləyib, eyni zamanda Sallivanla görüşün planlaşdırılmadığını vurğulayıb.

Dəvətin ləğv edilməsinin səbəbi Gürcüstan hökumətinin anti-demokratik addımları, o cümlədən “xarici agentlər haqqında” qanunun qəbul edilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər