Moskvada Hərbi Məhkəmə aktyor Aleksey Panini qiyabi olaraq altı illik həbsə məhkum edib.
Teleqraf.com xəbər verir ki, o, cəzasını ümumi rejimli koloniyada çəkməlidir.
Həmçinin ona üç il müddətinə internet resurslarını idarə etmək qadağan edilib.
Qeyd edək ki, aktyor tez-tez Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını tənqid edir.