İsrailin müdafiə naziri Yoav Qalant İranın İsrailə raket hücumuna münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
“İsrail ordusunun yüksək rütbəliləri ilə birlikdə bu gecə komandanlıq məntəqəsindən İranın İsrail dövlətinə qarşı kriminal hücumunun uğurlu müdafiə əməliyyatlarını izlədim. İran ibrət dərsi almadı – İsrail dövlətinə hücum edənlər ağır bədəl ödəyirlər” - Qalant deyib