Fransa Rusiya təhlükəsi fonunda Avropa İttifaqında (Aİ) Quru Qoşunlarının Komandanlıq Mərkəzi yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.
Nəşrin yazdığına görə, hazırda mərkəzdə 60-a yaxın hərbi qulluqçu var.
Qeyd olunur ki, Ordu Baş Qərargahı “Ukraynadakı müharibə fonunda Avropada artan qarşıdurma ” səbəbindən komandanlığın təşkilini sürətləndirməyə qərar verib.