4 Oktyabr 08:13
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda insanlar İsrail tərəfindən öldürülmüş "Hizbullah" lideri Həsən Nəsrullahın fotoşəkli olan bannerləri "Ey İran" marşının sədaları altında yandırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum edib. Endirilən zərbə zamanı hərəkatın baş katibi Həsən Nəsrullahın qərargahda olduğu və onun öldürüldüyü iddia edilir. Növbəti gün hərəkat onun öldürüldüyünü təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər