3 Oktyabr 16:32
3 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair saziş imzalanana qədər eskalasiya riski qalacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Ermənistan müxalifətinin “ölkənin bəzi əraziləri”nin Azərbaycana verilməsi iddiası ilə bağlı nazir müavini bildirib:

“Ermənistan Respublikasının suveren ərazisinin bir kvadrat metri belə heç kimə verilməyib, delimitasiya prosesinə gəlincə, bu, həmişəki kimi davam edəcək”.

Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyalarının əsasnaməsinə toxunan Kostanyan qeyd edib ki, bu, mahiyyətcə beynəlxalq müqavilədir və beynəlxalq müqavilələrin ratifikasiyası prosedurları iki ölkədə fərqlidir:

“Mən onların (Azərbaycan) müvafiq qanunvericiliyini düzgün başa düşmüşəmsə, parlamentin təsdiqinə ehtiyac yoxdur. Hesab edirəm ki, ölkədaxili proseslər paralel gedir. Mən böyük bir problem görmürəm”.

Nazir müavininin sözlərinə görə, Cənubi Qafqazda sülh və sabitlik suverenlik, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı üçün çox mühüm rol oynayır, İrəvan öz siyasətimizi buna uyğun qurub.

Kostanyan həmçinin əlavə edib ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsinə dair saziş imzalanana qədər eskalasiya riski qalacaq.

“Sülh müqaviləsi müharibənin olmayacağına zəmanətdirmi” sualın isə belə cavab verib: “Bu, Cənubi Qafqazda sabitlik imkanlarını artıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər