Donetsk vilayətinin Uqledar şəhərinin işğal olunmasından sonra Rusiya qoşunları şərq cəbhəsində irəliləməyə davam edir. Ruslar Toretsk və daha üç yaşayış məntəqəsi yaxınlığında əraziləri ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
“Düşmən Tsukurını, Katerinivka, Kolesnivka və Toretsk yaxınlığında irəliləyib”, - məlumatda deyilir.
Baş Qərargahın məlumatına görə, Ukrayna qüvvələri rus qoşunlarının qarşısını almağa çalışır, Pokrovsk və Kuraxiv istiqamətlərində vəziyyət gərgin olaraq qalır. Bundan başqa, ruslar Liman istiqamətində də hücumları intensivləşdiriblər.