“Birləşmiş Ştatlar İsrailin qüvvələrini iki cəbhədə genişləndirməsinin nəticələrindən qorxur”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
O, İsrailin iki böyük hərbi əməliyyata dəstək verməsinin çətin olacağını izah edib. Miller həmçinin bildirib ki, Livandakı gərginlik İordan çayının qərb sahilində sabitliyi poza bilər.
“Münaqişə nə qədər uzun sürərsə, yeni münaqişələrin yaranma riski bir o qədər yüksək olar”, - deyə mətbuat xidmətinin rəhbəri yekunlaşdırıb.