3 Oktyabr 16:02
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranın qonşu ölkələrə yönəlik təhdidlərinə diqqət çəkib:

“İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran öz hava məkanını İsrailə açan istənilən dövləti düşmən hesab edəcək. Məsələ budur ki, ABŞ İsrail-İran müharibəsindən kənarda deyil. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə atdığı raketlərin qarşısının alınmasında iştirak edib. Bu o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır.

İran rəsmiləri bölgədə yerləşən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar. Belə olan halda, ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək. ABŞ-ın böglədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə, İordaniyada yerləşir.

Bəllidir ki, Ankara ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Ərəb ölkələri İranın zəifləməsində maraqlıdır, ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda, Əraqçinin söylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcək? Bu baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər