10:51
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının Prezidenti Araz Musayev TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktarla görüşüb.

Teleqraf.com xəbər verir ki, Selçuk Bayraktar görüş zamanı Haluk Bayrakdarla birlikdə Furkanoğlu firmasının Teknofestdə gördüyü işləri izlədiyini bildirib.

Araz Musayev bildirib ki, Türkiyənin 3 ən böyük şəhərində keçirilən və sonuncusu 1-6 oktyabr tarixləri arasında Adana şəhərində Hava Limanında təşkil edilir. 5 günlük festivalda Furkanoğlu Dəmiryumruk Stand Teknofestində həmişəki kimi yerini tutub.

Araz Musayev “Baykar” şirkətinə II Qarabağ müharibəsində “Bayraktar TB2” pilotsuz silahlı uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib. İki dövlət, bir millət devizi ilə “Teknofest”ə dəstək verməyin vacibliyini qeyd edib:

"Bu il dəstəklədiyimiz layihələrdən ən diqqət çəkəni yüksək hündürlüklərə çata bilən və müəyyən edilmiş koordinatlarda bomba ataraq hədəfi və ya terrorçuları məhv edə bilən "Atlas C1" pilotsuz silahlı hava vasitəsidir. "Atlas C1" avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir. "Atlas C1" pilotsuz uçan aparat layihəmizin təqdimatı Teknofest İdarə Heyətinin sədri Selçuk Bayraktar, Baykar baş direktoru Haluk Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesi Prezidenti, TÜBİTAK prezidenti və STM baş direktoruna edilib.

Bundan başqa stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsini sərgilədik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər