3 Oktyabr 20:26
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Rusiya ordusunun Vovçanska hücumda ODAB-9000 aviabombalarından istifadə etdiyi barədə məlumat yayılmışdı. Amma bu, sonra Ukraynanın Xarkov vilayətinin hərbi rəhbərliyi tərəfindən təkzib edilmişdi. Bu mesajın rezonansı anlaşılandır, çünki söhbət Rusiya Silahlı Qüvvələrinin sərəncamında olan ən güclü qeyri-nüvə döyüş sursatından gedir.

Teleqraf.com xəbər verir ki, Ukraynanın “Defence Express” nəşrinin analitikləri ODAB-9000-dən istifadənin mümkünlüyünə şübhə ilə baxırlar.

Ekspertlərə görə, şübhə Rusiyada bu bomba üçün təyyarələrin, xüsusən də Tu-16-ların olub-olmaması ilə bağlıdır.

SSRİ 1979-1989-cu illərdə Əfqanıstan müharibəsi zamanı FAB-9000-i atmaq üçün bu tip bombardmançı təyyarələrdən istifadə etmişdi. Amma Tu-16-lar 1990-cı illərdə həm Rusiya, həm də Ukraynada istismardan çıxarılıb.

“Bu təyyarələr ya sökülüb, ya da hansısa eksperimentlərin bir hissəsi kimi məhv edilib, ona görə də rusların Ukraynaya qarşı müharibədə hipotetik istifadə üçün belə istismara yararlı bombardmançıların olması ehtimalı azdır”, - məqalədə deyilir.

Bundan əlavə, analitiklər xatırladırlar ki, 2023-cü ilin oktyabrında Rusiya Federasiya Şurasının nümayəndəsi Dmitri Roqozin FAB-9000-ni “Soyuz” sistemləri ilə Ukraynaya zərbələr üçün istifadə etməyi təklif etmişdi.

“İdeyanın özü texniki cəhətdən qeyri-real çıxdı. Roqozinin FAB-9000 və “Soyuz” raketi ilə bağlı ideyası ilə bağlı xəbər də kifayət qədər simptomatik idi. Bu göstərirdi ki, ruslar Ukraynaya qarşı iriçaplı bombalardan istifadə üçün imkanlar axtarırlar”, - nəşr qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər