4 Oktyabr 00:17
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov İsrailin Moskvadakı səfiri Simone Halperini qəbul edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Söhbət zamanı Qəzza zolağında və Livan-İsrail sərhədində vəziyyətin inkişafı vurğulanmaqla, Yaxın Şərqdə yaranan vəziyyət müzakirə edilib”, - məlumatda deyilir.

Bundan başqa tərəflər ölkələr arasında münasibətlərin ikitərəfli gündəliyini də müzakirə ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər