ABŞ Ədliyyə Nazirliyi cümə axşamı Rusiya kəşfiyyatı ilə əlaqəli 41 internet domeninin ələ keçirilməsinə dair order verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ departamentinin saytında məlumat verilib.
ABŞ Baş prokurorunun müavini Liza Monakonun sözlərinə görə, domenlərin ələ keçirilməsi Ədliyyə Nazirliyinin zərərli hücumların qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edərək kiberməkanda fəaliyyət strategiyasını necə həyata keçirdiyini nümayiş etdirir.
Departament Rusiya kəşfiyyat strukturlarının domenlərdən ABŞ vətəndaşlarının məxfi məlumatlarını saxta yolla oğurlamaq üçün istifadə etdiyini vurğulayıb.