3 Oktyabr 18:08
13 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın “Perseverance” roveri Marsda iki kilometr hündürlüyündə toz burulğanının şəklini çəkib.

Teleqraf.com “Mirror”a istinadla xəbər verir ki, Jezero kraterinin atmosferinin tədqiqatı çərçivəsində qeydə alınan hündür burulğan Şeytana bənzəyir.

Altı təkərli geoloji aparat avqustun 30-da Torofare silsiləsi boyunca saatda təxminən 12 mil sürətlə Marsın səthi ilə hərəkət edərkən olayı qeydə ala bilib.

“Yerdəki tornadolardan fərqli olaraq, Mars burulğanları daha zəif, amma çox böyükdür. Bu, onları Mars atmosferinin incəliklərini anlamaq istəyən elm adamları üçün vacib tədqiqat obyektinə çevirir”, - məqalədə deyilir.

Marsda toz burulğanları atmosferdə isti havanın soyuq hava ilə qarışaraq səthə enməsi nəticəsində yaranır, bu proses fırlanan toz sütunları əmələ gətirir.

Öz növbəsində NASA bildirir ki, burulğanlar Marsda tozun hərəkət etdirilməsi və paylanması üçün vacib mexanizmlərdir. Bu cür hadisələr sayəsində alimlər planetin iqlimi və atmosfer prosesləri haqqında məlumat əldə edə bilərlər ki, bu da sonda Mars üçün hava modellərini təkmilləşdirməyə imkan verəcək.

Missiya tədqiqatçıları müəyyən ediblər ki, bu toz burulğanı təqribən 4 kilometr hündürlükdə, eni 60 metrə yaxındır.

“Biz bu “Şeytan”ın zirvəsini görə bilmirik, amma onun yaratdığı kölgə hündürlüyü haqqında bizə yaxşı fikir verir. Bunlar əsasən şaquli sütunlardır”, - missiyanın üzvü Mark Lemmon deyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər