"Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə alıblar".
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib.
"Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb", - deyə Narışkin qeyd edib.