Böyük investisiya firması Fidelity-nin hesabatlarına əsasən, əvvəllər Twitter kimi tanınan X-in dəyəri kəskin şəkildə aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, Fidelity Blue Chip Growth Fund-ın bazar dəyərinə görə, şirkətdəki paylarının dəyəri 4.2 milyon dollar olaraq qiymətləndirilib ki, bu da 2022-ci ilin oktyabrında Elon Maskın Twitter-i aldığındakı 19.66 milyon dollar dəyərdən 80% azdır.
Bu nisbət üzrə X-in ümumi dəyərinin hesablanması onun hazırda təxminən 9.4 milyard dollar olduğunu göstərir, bu isə Maskın 2022-ci ildə şirkəti satın aldığı 44 milyard dollarlıq qiymətdən kəskin şəkildə aşağıdır. O dövrdə bir çox sənaye mütəxəssisi Maskın Twitter-ə həddən artıq pul ödədiyini deyirdi. Lakin Mask, Twitter-in açılmamış potensialını reallaşdıracağını bildirərək, platformanın dəyərini artırmaq niyyətində olduğunu bəyan etmişdi.
İlon Mask, həmçinin SpaceX və Tesla-nın rəhbəri olaraq, Twitter-in adını X olaraq dəyişdikdən sonra platformanı daha da yaxşılaşdırmaq, yeni funksiyalar əlavə etmək, açıq mənbə alqoritmlərlə istifadəçilərin inamını artırmaq, spam botlarla mübarizə aparmaq və bütün istifadəçiləri təsdiqləməyi hədəflədiyini bildirmişdi. Bununla belə, şirkətin kəskin qiymət enişi Maskın rəhbərliyində platformanın gələcək perspektivlərinə dair suallar yaradır.