4 Oktyabr 10:57
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təhsili məişət xarakterli, dedi-qodu səviyyəsindəki müzakirələrdən peşəkar elmi, faktlara əsaslanan bir platformaya gətirməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni çağırışlar V beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu istiqamətdə müzakirələr aparılmalıdır:

“Yeni çağırışların bizim təhsilimiz üçün nə olduğunu müəyyən etməliyik. Çünki müzakirələr zamanı aydın olur ki, dünyanın təhsil sistemlərinin oxşar problemləri var.

Bu ümumi problemlər müzakirə ediləndə müxtəlif yanaşmalar, həll yolları ortaya çıxır.

Təbii ki, hər ölkənin özünəməxsus uyğun həll yolları var”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər