4 Oktyabr 08:56
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviyanın keçmiş prezidenti Evo Morales haqqında yetkinlik yaşına çatmayan uşağa təcavüz etmək ittihamı ilə istintaq başladılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Sezar Sayles məlumat verib.

Yerli mətbuatın yazdığına görə, qurban 2014-cü ildə yaradılan “Generation Evo” gənclər təşkilatının üzvü olub.

Morales özü ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, bunu siyasi fəaliyyəti ilə əlaqələndirib. Onun sözlərinə görə, bütün neoliberal hökumətlər onu təqib edib, həbsə atmağa cəhd ediblər. 2025-ci ildə o, ölkə prezidentliyi uğrunda mübarizə aparmağı planlaşdırır.


Müəllif: Arzu

Oxşar xəbərlər