3 Oktyabr 23:36
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Xilasedicilər hələ də çoxlu insan itkin düşmüş hesab edildiyindən ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.

Təbii fəlakət ilk növbədə altı ştata təsir edib: Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniya.

Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər