Hizbullah silahlı birləşmələri ilk dəfə olaraq İsrail ərazisinə daxil olmağa cəhd edib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, döyüşçülər Doviv kibbutz bölgəsindəki yeraltı tunel vasitəsilə İsrailin şimalına sızıblar. İsrail hərbçiləri onlara atəş açıb və altı nəfəri öldürüb.
Əməliyyatın başqa təfərrüatı barədə məlumat verilmir.