10 Oktyabr 10:23
3 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentlik dövrümdə Çin və Rusiya ilə nüvə silahlarının birgə ləğvi ilə bağlı müqavilə imzalamağa yaxın idik.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib.

“Nüvə silahları bu gün dünyada mövcud olan ən böyük təhlükədir”, - siyasətçi bildirib.

Həmçinin Tramp qeyd edib ki, nüvə müharibəsi hazırda dünya üçün ən böyük təhlükədir və beş ölkə nüvə potensialına malikdir: “Tezliklə onlar daha çox olacaq və ABŞ buna imkan verməməlidir”.

Prezidentliyə namizəd başqa bir maraqlı məqama diqqət çəkib:

“Nüvə silahlarından qurtulmaq barədə razılaşmaya yaxın idik. Bu, çox yaxşı olardı. Mən Rusiyadan, özümüzdən və Çindən danışıram. Onda nüvə potensialından qəti şəkildə xilas olmaq üçün hamını bu işə cəlb etmişdik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər