12 Oktyabr 18:51
1 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova paytaxtında yüzlərlə insanın iştirakı ilə hökumət əleyhinə yürüş keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Aksiya Kişinyov meriyası ilə razılaşdırılıb. Nümayişçilər polis müşahidəsi altında aksiyalarını keçirib.

Aksiya iştirakçıları Kişinyovun əsas bulvarı ilə Konstitusiya Məhkəməsinin binasından ölkə prezidentinin administrasiyasına doğru addımlayıb.

Qeyd edək ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri və respublika vətəndaşları tərəfindən ölkənin Avropa İttifaqına qoşulmasına dair referendum keçiriləcək .


Müəllif: Arzu

Oxşar xəbərlər