15 Oktyabr 22:26
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aİ ölkələri Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Onun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır.

Simson qeyd edib ki, Aİ-ni bu fonda qaz qıtlığını gözləmir.

“Biz bu müqavilənin müddətinin bitməsindən xəbərdarıq və buna tam hazırıq. Avropa İttifaqında qaz ehtiyatları 95% səviyyəsindədir, bu, mavi yanacaq qıtlığının qarşısını alacaq, həmçinin qiymətləri sabit səviyyədə saxlayacaq”, - Aİ rəsmisi əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər