15 Oktyabr 15:54
6 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazla bağlı məsələlər bölgə ölkələri tərəfindən həll olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Həmişə söyləyirik ki, regional məsələlər region ölkələri tərəfindən həll olunmalıdır. Fələstin məsələsində Yaxın Şərq ölkələri ilə təmasda olduğumuz kimi, Qafqazla bağlı məsləhətləşmələrimizi də sürdürürük. Cənubi Qafqaz Regional İş Platforması (3+3 formatı) vasitəsilə region ölkələri ilə Qafqaz üzrə məsləhətləşmələrimizi davam etdiririk. Bu platformanın üçüncü toplantısını oktyabrın 18-də İstanbulda keçirəcəyik. Toplantıya bizimlə yanaşı Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri də qatılacaq”, - nazir vurğulayıb.

Hakan Fidan əlavə edib ki, Türkiyə regionda ədalətli və davamlı sülhün bərqərar olması üçün səylərini qətiyyətlə davam etdirəcək.

Regional platformaya Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Ermənistan və İran daxildir. Gürcüstan hələlik Rusiyaya görə formatın toplantılarına qatılmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər