16 Oktyabr 13:54
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla "Günə bax" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni fobiyasından danışıb: "Mən avtomobil idarə edə bilmirəm. Dəniz kənarında maşın sürməyi öyrənirəm, amma şəhərdə sürməyə qorxuram. Fobiyam var, bəlkə avtomobil idarə etsəm qorxudan ürəyim dayanar. Ola bilsin, heç vaxt maşın sürə bilməyəcəm".

Müğənni efirə tək çıxmasının səbəbini açıqlayıb: "Efirə ona görə tək çıxmaq istəyirəm ki, müğənnilərdən heç kimlə əlaqəm yoxdur, "salam-sağ ol"dan başqa. 8 aydır efirə çıxmıram. Sənətə başlayan vaxtlar efirə dəvət alırdım, mənimlə eyni verilişə çıxan müğənnilər deyirdilər ki, Damla ilə efirə çıxmaq istəmirik. Verilişə çıxmaqdan imtina edirdilər. Tək qalırdım, aparıcılar efiri məcburən tək mənimlə idarə edirdilər. İnsanlar arasında belə şayiə yayılmışdı ki, "bu qız özündənrazıdır və efirə tək çıxır".

Mən də həmkarımı pis vəziyyətə salmamaq üçün demirdim ki, müğənnilər mənimlə efirə çıxmaq istəmirlər. Mən illərlə təklənmişəm və bu, hələ də davam edir. Elə bir təqdimat aparırlar, insanlar elə bilirlər ki, ölkədə iki-üç müğənni var".

İfaçı Amerika vizasının ləğvi haqqında da danışıb: "Amerikada yaşayan həmyerlilərimiz oğlumun orada universitetdə təhsil aldığını biləndə fikirləşiblər ki, mənim də vizam var və orada Novruz bayramı ərəfəsində konsert proqramı ilə çıxış edim. Sənədlərimi hazırladım, müsbət cavab gəldi. Dedilər, 3 gün gözləyin.

Həmin ərəfədə təşkilatçılar afişa hazırlayıblar və xəbərim olmadan bilet satışı başlayıblar. Səfirlikdən zəng gəldi, səfir mənə konsert afişasını göstərdi ki, bizi aldadırsınız, Amerikaya konsert verməyə gedirsiniz. And içdim ki, övladımın yanına gedirəm. Necə olub səfirliyə göndərilib, bilmirəm. Oğlumla bu barədə hər dəfə danışanda kövrəlirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər