16 Oktyabr 12:35
2 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) Ermənistanın Azərbaycanla sərhədindəki müşahidə missiyası ölkə ərazisindən çıxarıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Məlumata görə, Ermənistan AB-nin missiyasının fəaliyyət müddətini uzatmamaq barədə Azərbaycanın tələbini yerinə yetirmək niyyətindədir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ötən günlərdə bəyan etmişdi ki, AB missiyasının Ermənistanla şərti sərhəddə yerləşdirilməsi vəziyyəti daha da gərginləşdirir.

XİN və AB missiyasından suala cavab almaq mümkün olmadığından xəbəri rəsmi şəkildə dəqiqləşdirə bilmədik. Qeyd edək ki, müşahidəçilər Ermənistana 2023-cü ildə 2 il müddətinə gəliblər, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında başa çatır. Ermənistan hökuməti müddətin uzadılması üçün müraciət eləməsə, missiya başa çatacaq”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər