Emənistan və Azərbaycan sülh müqaviləsini imzalamaq ərəfəsindədir.
Teleqraf.com xəbər verir ki. bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmağımızı istəyirdi. Şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik.
Sülhü bərqərar etməyin vaxtı gəldi, indi sülh zamanıdır. Ermənistan sülh müqaviləsini bu gün imzalamağa hazırdır”, - spiker bildirib.