15 Oktyabr 20:16
7 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnter RAO” fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycandan elektrik enerjisi idxalı imkanlarını nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Biz iki ölkəyə müraciət etdik. Azərbaycan və Gürcüstan tədarük imkanlarını soruşdu. Fövqəladə hallar zamanı tədarük edilməsi üçün", - Panina deyib.

Qeyd edək ki, iyul ayında Rusiyanın cənubunda Rostov Atom Elektrik Stansiyasında generasiya avadanlığının işindəki nasazlıq səbəbindən enerji istehlakının məhdudlaşdırılması üçün müvəqqəti qrafiklər tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər