Oktyabrın 15-də günün əvvəlindən İsrail hərbçiləri Livandan İsrail ərazisinə Hizbullah hərəkatının silahlıları tərəfindən 95 mərmi və raket atıldığını qeydə alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Bəyan edirik ki, ordu İsrailin və xalqımızın Hizbullah terror təşkilatının təhdidlərindən müdafiəsini davam etdirəcək," - deyə açıqlamada bildirilib.