“İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur. Hesablamalara görə, iqlim dəyişikliyinin 90 %-ə qədər fəsadları su vasitəsilə təbiət və insanlara ötürülür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri COP29-Azərbaycan üzrə baş icraçı direktor, AR energetika nazirinin müavini Elnur Soltanov "Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, dənizlərin, Xəzər və Urmiya göllərinin səviyyəsinin, şirin suların azalması, qasırğalar və bütün bunlar su ilə əlaqədar məsələlərdir.
Nazir müavini suyla bağlı təbii fəlakətlərdən daha çox qadınların əziyyət çəkdiyini bildirib:
"Təbii fəlakətlər zamanı, məsələn, tufanlar baş verəndə, qadınlar daha çox həyatını itirir".