DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində Argentina yığması paytaxt Buenos-Ayresdə baş tutan Boliviya ilə qarşılaşmada böyükhesablı qələbə qazanıb.
Teleqraf.com xəbər verir ki, görüş meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentina yığmasının və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi bu matçda het-trikə imza atıb. Sonuncu dəfə yığmada üç ay əvvəl - Amerika Kubokunda qol vuran hücumçu həmçinin 2 məhsuldar ötürmə müəllifi olub.
Argentinalıların digər qollarını Lautaro Martines, Xulian Alvares və Tyaqo Almada vurub.
Qeyd edək ki, Argentina millisi turnir cədvəlində 10 oyundan sonra 22 xalla birinci pillədə qərarlaşıb. Kolumbiya (19 xal) ikinci, Uruqvay (16 xal) üçüncü, Braziliya (16 xal) isə dördüncüdür.