16 Oktyabr 12:26
2 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Nikol Paşinyan Ermənistanın bütün Konstitusiyasını dəyişdirməyi planlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan dəfələrlə Ermənistan Konstitusiyasından narazılığını bildirib:

“Xüsusilə, Nikol Paşinyan Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü ilə bağlı müraciətində bəyan etmişdi ki, bəyannamə ilə Konstitusiyanın məzmunu eyni deyil. Mümkündür ki, Ermənistan baş naziri bununla Müstəqillik Bəyannaməsini redaktə etmək və ya dəyişdirmək niyyətinə eyham vurub.

Konstitusiyanın 203-cü maddəsinə əsasən Konstitusiyanın preambulası olan Müstəqillik Bəyannaməsi dəyişdirilə bilməz. Yəqin məhz bu səbəbdən hakimiyyət Konstitusiyaya dəyişiklik etməyi yox, (Azərbaycan qarşısında) onu tamamilə dəyişdirməyi öhdəsinə götürüb.Yeri gəlmişkən, bu, sülh müqaviləsinin imzalanması üçün (rəsmi Bakı tərəfindən irəli sürülmüş) əsas şərtdir”.

Ermənistan Konstitusiyasında istinad edilən sözügedən bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı bunun Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Sülh müqaviləsi İrəvan bu addımı atdıqdan sonra imzalanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər