14:23
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Malatya Valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıb.

***

13-00

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

***

Türkiyənin Malatya ərazisində 5.9 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hadisə ilə bağlı olaraq Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.

Təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər