16 Oktyabr 13:45
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yerli avtomobil sənayesini xilas etmək planının bir hissəsi olaraq Çin avtomobil istehsalçılarının ABŞ-da avtomobil satmasının qarşısını almaq üçün addımlar atacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Çin avtomobil şirkətlərinin Meksikada istehsal obyektləri üçün yerlər axtardığı barədə məlumat yayılıb:

“Tramp Çin avtomobilləri ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün Kanada və Meksika ilə müqavilələri yenidən nəzərdən keçirməyi təklif edib. Tramp xarici şirkətləri ABŞ-da məhsul istehsalına dəvət etdiyini təkrarlayaraq, korporativ vergi dərəcəsini 21 faizdən 15 faizə endirmək üçün “Amerikada istehsal” planını irəli sürüb.

Prezidentliyə namizəd ABŞ-da yerləşən avtomobil istehsalçılarının əhəmiyyətli dərəcədə genişlənmiş tədqiqat və inkişaf vergisi kreditləri ilə mükafatlandırılacaqlarını bildirib. Tramp əvvəlki açıqlamalarında Çin istehsalçılarının amerikalı işçilərdən istifadə edəcəyi halda onların ABŞ-da zavodlar tikmələrini alqışlayacağını vurğulamışdı. Onun sözlərinə görə, dünyanın istənilən yerindən ABŞ-a gələn hər kəsə ən yaxşı və ən böyük bazara pulsuz giriş imkanı veriləcək. Tram Çini də istisna etmədiyi deyib”.

Mərkəzin ekspertlərinin fikrincə, Pekin Trampın bu vədlərinə inanmayacaq:

“Çünki Tramp prezidentliyi dönəmində Çinlə ticarət müharibəsinə rəvac vermişdi. Çin rəsmilərinin fikrincə, Tramp prezident seçilərsə, əvvəlki siyasətini davam etdirəcək. Bu o deməkdir ki, ABŞ-da Çin avtomobillərinə rüsumlar daha da artırılacaq. Prezident Co Bayden faktiki Trampın Çinlə bağlı iqtisadi siyasətini davam etdirir. Kamala Harris prezident seçilərsə, o da bu siyasəti dəyişməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər