15 Oktyabr 16:27
3 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sülh danışıqlarını davam etdirən Azərbaycan və Ermənistana ölkəsini birdəfəlik görüş yeri kimi yox, platforma kimi təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Tokayev danışıqların Astana və ya Almatıda yekun sülh sazişinin imzalanmasına qədər davam etdirilməsini istəyir:

“Qazaxıstan lideri Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir. Bu dəfə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə bu təklifini təkrarlayıb: “Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazırdır”.

Tokayev sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində eyni təklifi səsləndirmişdi. İlham Əliyev bu təklifin məqbul olduğunu söyləyib. Yəni əgər Ermənistan Baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatıda başlaya bilər. Bu, hamı üçün faydalı olar.

Cənubi Qafqaz və Türküstan (Orta Asiya) uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var. Tokayev ölkəsini birdəfəlik görüş yeri kimi yox, platforma kimi təklif edib. Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və dipolmatları arasında Qazaxıstan ərazisindəki görüşlərinin sülh sazişi imzalana qədər davam edirilməsinin tərəfdarıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər