İsrail Baş naziri Benyamin Netanyahu hökumət üzvlərilə İrana cavab zərbəsinin vaxtı və variantı ilə bağlı razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumatda deyilir ki, İrana gözlənilən hücumun parametrləri Netanyahu, müdafiə naziri Yoav Qalant və digər nazirlərlə məsləhətləşmələr nəticəsində təsdiqlənib.
Telekanal bildirir ki, toplantıda İrana qarşı addımlar, əks tədbirlərin tarixləri və intensivliyi ilə bağlı tam razılıq əldə olunub. Bununla belə, bu addımlar hələ də Nazirlər Kabinetinin yekun təsdiqini tələb edir.