16 Oktyabr 15:48
4 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Zəngəzur dəhlizinə nəzarət məsələsi gündəmdən çıxır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Erməni nəşri qarşılıqlı anlaşma əsasında Rusiya sərhədçilərinin İranla sərhəd və ya Mehridən (Zəngəzur) çıxacaqlarını bildirir:

“Məlum olduğu kimi, Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan razılaşıb ki, yanvarın 1-dən İran və Türkiyə ilə sərhədlərin qorunmasına erməni sərhədçiləri də cəlb olunacaq. Üstəgəl, Rusiya sərhədçiləri Ermənistan-İran arasında yeganə sərhəd-keçid məntəqəsi olan Mehrini tərk edəcək və onları erməni sərhədçiləri əvəzləyəcək.

Baş verənlər maraqlıdır, xüsusən də Ermənistan-İran sərhəd-keçid məntəqəsinin regional nəqliyyat-kommunikasiya layihələri sistemindəki yeri baxımından. Ermənistanın hakim dairələrinin fikrincə, baş verənlər Rusiyaya demarş baxımından “növbəti qələbə”dir”.

Mənbə dəhlizin keçəcəyi Zəngəzurda durumun Rusiyanın əleyhinə dəyişdiyini iddia edir:

“Dəyişikliklərin gedişatına baxsaq, Rusiyanın dəhlizi ələ almaq və bu bölgədə (Zəngəzur) mövcud olmaq planları buz üzərinə qoyulur. Əlbəttə, yaxın gələcəkdə Rusiyanın yerdəki varlığı azalacaq, Qərbin iştirakı isə artacaq. Rusiyanın bu məsələdə nəyə ümid etdiyi hələlik bəlli deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər