15:21
1 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İranda potensial olaraq vura biləcəyi hədəflərə qərar verib. Bu, Tehranın oktyabrın 1-də həyata keçirdiyi iri ballistik raket hücumuna İsrailin cavab verməyə yaxınlaşdığını göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanlı ölkənin rəsmi hərbi-siyasi qurumlarına istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, hərbi dairələr region ölkələrlə koordinasiyanı da əhatə edən hazırlıqları yekunlaşdıraraq, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta hədəflərin siyahısını təqdim ediblər.

“Kan” bildirir ki, siyasi eşelon artıq hədəflər barədə qərar verib.

Materialda həmçinin İsrailin ABŞ-a ümumi hücum planını izah etdiyi vurğulanır.

“Bu, zaman məsələsidir”, - İsrail rəsmisi televiziyaya söyləyib.

Qalant bundan öncə İsrailin İrana tezliklə cavab verəcəyini açıqlayıb: “Cavab dəqiq və ölümcül olacaq”.

İsrailin mümkün hücumunun qarşısını almaq üçün İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi region və bəzi Qərb ölkələri ilə telefon müzakirələrinə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər