17 Oktyabr 14:33
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyətinin rusiyayönümlü planları və gələcəkdə bu istiqamətdə atılacaq addımları ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Mən sui-qəsd nəzəriyyələrinin tərəfdarı deyiləm, amma bu bir plan ola bilər. Mümkündür ki, Bidzina İvanişvilinin hələ də Moskva ilə əlaqələri var və daha da yaxınlaşıb”, - prezident vurğulayıb.

Gürcüstan prezidenti qeyd edib ki, tarix boyu ölkəsi üçün əsas təhlükələr Rusiyadan gəlib.

“Gürcüstan öz tərəfdaşlarından təcrid olunanda, tək, parçalanmış və zəif olanda müharibə təhlükəsi artır. Hakimiyyətin bu rusiyayönlü dönüşünün məntiqi, real izahı yoxdur”, - Zurabişvili bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər