17 Oktyabr 16:37
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən sorğuların yenilənmiş ortalaması hələ də prezidentlik yarışında aydın öncülləri göstərmir.

Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, orta hesabla 50 faiz vitse-prezident Kamala Harrisi, 49 faiz isə keçmiş prezident Donald Trampı dəstəkləyir.

Beş sorğudan ikisi Harrisin Trampdan bir qədər üstün olduğunu, digər üçü isə yarışın dalana dirəndiyini göstərir.

Son orta göstəricilərə oktyabrın 16-da keçirilmiş “Fox News”un anketi daxildir ki, burada liderlər arasında açıq fərq yoxdu. Ehtimal olunan seçicilərin 50 faizi Trampı, 48 faizi isə Harrisi dəstəkləyir.

Seçicilərdən onları səs verməyə sövq edən əsas məsələ və ya faktoru öz sözləri ilə təsvir etmələri istənildikdə, Harris tərəfdarları arasında ən çox rast gəlinən səbəblər digər namizədi bəyənməmək, demokratiyanın müdafiəsi və abort olub, Trampın tərəfdarları isə iqtisadiyyat, miqrasiya və digər məsələlərdən danışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər