Gürcüstanda parlament seçkilərinə bir həftə qalmış müxalifət Avropa İttifaqına inteqrasiya tələbilə Tbilisidə yürüş keçirirlər.
Teleqraf.com xəbər verir ki, Gürcüstan və Avropa İttifaqının bayraqlarının qaldırıldığı aksiyada “Biz Avropa İttifaqını seçirik” kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçıları “Seçkiyə gəlin” plakatları ilə paytaxtın mərkəzində, konsertin keçiriləcəyi Azadlıq meydanına getməyi planlaşdırırlar.