Rusiya Prezidenti Vladimir Putin respublikaçı Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etməyi planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərsizəm. Unutmayaq ki, söhbət dost olmayan, həm birbaşa, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən ölkədən gedir”, - Kremlin sözçüsü vurğulayıb.