10:52
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səsvermənin nəticələri gəlməyə davam edərkən, “Nyu-York Tayms” rerespublikaçı namizəd Donald Trampın 95 faiz qalib gəlmə şansının olduğunu yazıb.

Teleqraf.com xəbər verir ki, Trampın qatı tərəfdarlarından biri olan iş adamı İlon Mask sosial media hesabında “Oyun, set, matç” paylaşımı edərək erkən qələbə mesajı verib.

Son hesablamalara görə, Kamala Harris 47.4, Donald Tramp 51.2 faiz səs toplayıb.

NYT bütün seçki qutularında səslər hesablandıqdan sonra Trampın böyük üstünlüklə qalib gələcəyini bildirib.

Hovard Universiteti qarşısında seçkinin nəticələrini həvəslə izləyən Harrisin tərəfdarları ilə bağlı maraqlı görüntülər də var. İlkin nəticələr ilk qadın prezident görmək istəyənləri kədərləndirib.

Bu arada, nəticələrlə bağlı Kamala Harrisin təşviqat qrupuna elektron məktub göndərilib.

Məktubda komandaya “Evinizə dönün, dincəlin, mübarizəni davam etdirəcəyik” deyilib.

Digər tərəfdən, Harrisin bu gün çıxış etməyəcəyi və yekun nəticələri gözləyəcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər