15:36
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vətəndaşı Armen Balyan Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya qarşı döyüşdüyü üçün Moskvanın Domodedovo hava limanında həbs edilib. Faktla bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Balyan Rusiya ərazisinə daxil olmaq istəyərkən həbs edilib.

Dindirilmə zamanı Balyan ittiham olunduğu cinayətlərdə təqsirli olduğunu etiraf edib və silahlı qarşıdurmada muzdlu əsgər olması ilə bağlı əvvəlki istintaqın üzə çıxardığı faktları təsdiqləyən ifadə verib.

İstintaq məlumatına görə, noyabrın 22-də Ermənistan vətəndaşı Armen Balyan Moldova sərhədindən Ukrayna ərazisinə daxil olub, Donetsk və Luqansk, eləcə də Xersonda döyüş əməliyyatlarında iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər